İranda sel 20 can aldı

 

İranın cənubundakı Fars əyalətində sel daşqınları olub.

Demokratikmusavat.com xəbər verir ki, Fars vilayətinin Böhran İdarəetmə meneceri Xəlil Abdullahi  İranın rəsmi agentliyi İRNA-ya açıqlamasımda daşqınların  Estehban və Darab şəhərləri ətrafında baş verdiyini bildirib.

Onun sözlərinə görə, daşqınlarda 23 nəfərdən 20-si həyatını itirib, 3 nəfər itkin düşüb, 15 avtomobil isə suda batıb.

Suda qalan 55 nəfərin xilas edildiyini bildirən Abdullahi itkin düşən 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini sözlərinə əlavə edib.

Məlumatda həmçinin 51 ev təsərrüfatının seldən ziyan gördüyü, axtarış-xilasetmə tədbirlərinin davam etdirildiyi vurğulanıb.

Billurə

 

0.14295196533203