Kapitoliya hücum zamanı Tramp yeməkxanada 2.5 saat televizora baxıb - FOTO

 

ABŞ-da Konqresin Nümayəndələr Palatasında 2021-ci il yanvarın 6-da keçirilən reydlə bağlı yaradılmış Komissiya 8-ci iclasında şahidləri dinləyib.

Demokratikmusavat.com xəbər verir ki, bu sessiyada hücumda rolu araşdırılan keçmiş ABŞ prezidenti Donald Tramp haqqında diqqətçəkən açıqlamalar verilib. Bildirilib ki, uşaqları və müşavirlərinin zorakılığı dayandırması üçün yalvarmasına baxmayaraq, Tramp basqın zamanı saatlarla oturub Konqres hücumunu televiziyada izləyib.

Komissiya üzvləri Demokrat Partiyasından Adam Kinzinger və Elaine Luria bildiriblər ki, Tramp Ağ Evin şəxsi yeməkxanasında "Fox" kanalında baş verən hücumu 2,5 saat izləyib.

“Tramp nahar masasına oturdu və televiziyada hücumu izlədi, bu zaman onun müşavirləri və ailə üzvləri ABŞ prezidentinə gözlənilən şeyi etməsi üçün yalvardı”- Luria bildirib.

Həmçinin Trampın övladları İvanka Tramp və kiçik Donald Tramp da atalarına deyiblər ki, hücumu dayandırmaq üçün Konqresə müraciət etsinlər.

Komitədəki iki respublikaçıdan biri olan nümayəndə Adam Kinzinger deyib ki, hücum edənlər Trampın məqsədlərinə xidmət etdiyi üçün təbii ki, o, müdaxilə etməyib.

Qeyd edək ki, Yanvarın 6-da Birləşmiş Ştatların həmin vaxtdakı prezidenti Donald Trampın tərəfdarları Kapitolidə dağıntılar törədib və prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olub. Rəsmi məlumata görə, qarışıqlıqlar zamanı 5 nəfər həlak olub.

Billurə

 

0.12742781639099