400-ə qədər rus casusu deportasiya edilib: Putinin üç məqsədi varKəşfiyyat

 

Britaniya Xarici Kəşfiyyatının (MI6) rəhbəri Riçard Mur Rusiyanın Avropa qitəsindəki nümayəndəliklərində diplomat adı altında 400-ə yaxın casusun olduğunu bildirib.

"Demokratikmusavat.com" Teleqraf.com-s istinadən   xəbər verir ki, Mİ6 rəhbərinin bu casusların deportasiya edildiyini bildirib.

Riçard Mur ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, ABŞ xarici kəşfiyyatına cavabdeh Uilyam Bürnsun dediklərini təsdiqləyərək Putinin xəstə olmadığını bildirib.

Mİ6-nın rəisi Riçard Mur 400-ə yaxın rus casusun Avropa qitəsini tərk etdiyi üçün Rusiyanın kəşfiyyat imkanlarının yarıya endiyinə əmin olduğunu qeyd edib.

Mİ6-nın rəisi ABŞ və İngiltərə kəşfiyyatının Rusiya prezidenti Putinin planını bildiklərini ifadə edib.

Mur bəyan edib ki, Putinin planının üç mühüm məqsədi var - Zelenskini devirmək, Kiyevi ələ keçirmək və NATO alyansı daxilində parçalanma yaratmaq.

Putinin hər üç məqsədinin hələ reallaşmadığını və həyata keçməkdən çox uzaq olduğunu ifadə edən Mur təxminən 15 min rus əsgərinin Ukrayna savaşında həyatını itirdiyini vurğulayıb.

NATO daxilində parçalanma yaratmaq məqsədinə gəlincə, Mur birliyin əvvəlkindən daha sıx birləşdiyini əlavə edib.

0.14136219024658