Bakı Qazax avtomagistralında maşın aşıb.
"Demokratikmusavat.com" Bizim.Media-ya istinadən bildirir ki, hadisə respublika əhəmiyyətli avtomagistralın Goran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
İdarəetmədən çıxan minik maşınının aşması nəticəsində Qazax sakini - 1964-cü il təvəllüdlü Kəmalə Qarçiyeva və onun 1990-cı il təvəllüdlü oğlu Nazim Nəbiyev yaralanaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.