Kraliça II Elizabetin ləl-cəvahiratı ilk dəfə sərgilənəcək - FOTO

 

Kraliça II ElizaBetin taxta çıxmasının 70 illiyi münasibətilə paytaxt Londonda xüsusi sərgi keçirilir.

Demokratikmusavat.com “people.com”a istinadla xəbər verir ki, Bukinqem sarayında keçirilən sərgidə kraliçanın bəzi ikonik fotoşəkilləri və bu fotoşəkillər çəkilərkən taxdığı zinət əşyaları nümayiş etdirilir.

70-ci ildönümünə xüsusi olaraq Platinum Yubiley tədbirləri çərçivəsində açılan sərgidə kraliçanın hələ 11 yaşında olarkən atasının taxt-tac mərasimində taxdığı tac da yer alır. Kraliçaya 18 illik yubileyində verilən hədiyyələr və 1950-ci illərdə istifadə etdiyi zinət əşyaları da sərgilənir. Bəzi ləl-cəvahirat ilk dəfə sərgilənsə də, eksponatlar arasında Kraliçanın boyunbağısında dünyanın indiyə qədər kəşf edilmiş ən böyük almazı da var.

Billurə

 

0.4051148891449