Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması yeni nailiyyətlərlə müşahidə olunur. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsindən ibarətdir.
Demokratikmusavat.com musavat.com-a istinadən xəbər verir ki, dünyanın qlobal iqtisadi böhranla üzləşdiyi bir məqamda ötən ilin və bu ilin ilk altı ayının yekunları bir daha təsdiqləyir ki, dövlət başçısı tərəfindən aparılan sosial-iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Bu müddətdə dövlət proqramlarının və regional layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" Azərbaycanın uzunmüddətli iqtisadi yol xəritəsi kimi də xarakterizə edilə bilər.
Burada həyata keçirilməsi nəzərdə tutulan əsas məsələlərə diqqət yetirdikdə yenidən Azərbaycan Prezidenti üçün əsas prearitetin insan faktoru olduğu ön plana çıxır.
Azərbaycanda hər il 4 adda yeni dərman istehsal olunacaq. Bu, hazırda pandemiya ilə üz-üzə qalan və istər iqtisadiyyatına, istərsə də insanına ciddi zərər vurduğu dünyada olduqca önəmli bir qərar hesab edilə bilər. Azərbaycan bu dərman preparatlarını özü istehsal etməklə ölkədə yaranan dərman qıtlığını aradan qaldırmaqla yanaşı, katastrofik süni qiymət artımının da qarşısını almağı hədəfləyir.
Bu Sərəncama görə eyni zamanda turistlər üçün viza prosedurları sadələşdiriləcək ki, bu da ölkəyə turist axını üçün nəzərdə tutulmuş çox önəmli bir məsələ kimi səciyyələndirilir. 44 günlük müharibədə əldə edilən tarixi Zəfərlə 30 illik işğala son qoyan Azərbaycan həmin ərazilərdə sürətli infrastruktur layihələr icra etməklə ölkəyə axın edəcək əcnəbiləri məhz bu yerlərlə tanış etmək üçün çox önəmli fürsət əldə edəcək. Bu isə öz növbəsində həm Azərbaycanın turistik imkanlarının genişlənməsinə, büdcənin ən fəaal qeyri-neft sektoru hesab edilən tuzimlə doldurulması istiqamətində əhəmiyyətli seçim olmaqla bərabər, həm də Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünya ictimaiyyətinə daha yaxından tanıtmaq baxımından xarici diplomatiyam üçün də önəmli faktora çevrilə bilər.
Nəzərə alsaq ki, Sərəncamda turizmin inkişafı üzrə dövlət proqramlarının hazırlanacağı xüsusi bir bənd kimi göstərilir, demək ki, Azərbaycan dövləti ölkəyə kapital axınını gücləndirmək üçün qarşısına çox böyük layihələrin icrası məsələsini qoyub.
Biz artıq şahidi olduq ki, işğaldan azad edilən ərazilərin (Zəngilan, Ağalı kəndi) artıq ilk sakinləri öz doğma yurd-yuvalarına köçürüldü və bu işlərin sürtələ davam etdirilməsi üçün erməni vandalizminin qurbanı olan həmin şəhərlərin, qəsəbələrin, kəndlərin sürətlə yenidən, "ağıllı" konsepsiyası çərçivəsində inşa edilməsi istiqamətində proseslər var gücü ilə davam etdirilir. Azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin olunması məsələsi Azərbaycan Prezidenti üçün hazırki mərhələdə olduqca vacib məsələdir. Elə bu səbəbdən də dövlət başçısı "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsində sözügedən məsələyə xüsusi önəm verib.
Bu məqsədə uğurla nail olmaq üçün azad edilmiş ərazilərdə məcburi köçkünlərin və yeni sakinlərin dayanıqlı məskunlaşması təmin edilməsi, həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, burada dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılması nəzərdə tutulub.
Bu cür hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların daimi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq.
Azad edilmiş ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olması məsələsinin bu Sərəncamda bir daha öz təsdiqini tapır. Beləcə, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcək.