Moskvada meymun ukraynalı azyaşlıya hücum etdi - VİDEO

 

Rusiyanın paytaxtı Moskvada zooparkdan qaçan meymun evinin qarşısında oynayan ukraynalı kiçik qıza hücum edib. 

Demokratikmusavat.com DHA-ya istinadla xəbər verir ki, ağır xəsarət alan uşaq xəstəxanaya çatdırılıb.

Uşaqların oynadığı nərdivanla qalxan meymun Paulina adlı kiçik qıza hücum edib.
Təhlükəsizlik kamerasına əks olunan hadisədə meymunun gəlişi ilə digər uşaqların da qaçdığı görülüb. Videoda valideynlərinin meymunun zərbələrindən xilas olmağa çalışan köməksiz uşağa köməyə gəldiyi öz əksini tapıb. 
Ana övladını qucağına alaraq meymunun əlindən xilas edib.

Reanimasiya yerləşdirilən azyaşlı qızın qol və ayaqlarında dərin yaralar olduğu və qan itirdiyi bildirilib. Ailənin şikayəti əsasında hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, ukraynalı ailə fevralda müharibənin başlaması ilə ölkəni tərk edərək Moskvadakı dostunun evinə yerləşib.

0.20883893966675