Rusiyadan Donetsklə bağlı yeni qərar

 

Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri tətbiq edilən sanksiya qərarları və beynəlxalq şirkətlərin Moskvaya ortaq münasibəti gündəmin ən çox danışılan mövzularından birinə çevrilib. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, dəfə Rusiya Donetsk bölgəsi üçün təəccüblü qərar verib.

Rusiyanın işğal etdiyi Donetsk bölgəsində “Google”un qadağan olunacağı açıqlanıb. Qərar, “Google”un Ukraynanın işğal olunmuş Donetsk bölgəsində “ruslara qarşı terror və zorakılığı” təbliğ etdiyinə görə qəbul edilib.

Özünü Donetsk Xalq Respublikası (DXR) elan edən və Rusiya tərəfindən tanındığı gün müharibəyə başlayan bölgənin rəhbəri Denis Puşilin Teleqram kanalında açıqlamasında deyib:

“Ukraynanın və Qərbin qeyri-insani təbliğatı çoxdan bütün sərhədləri keçib. Ruslara qarşı real təqiblər, yalanlar və dezinformasiyalar tətbiq edilir.
Bu kontekstdə informasiya texnologiyalarının önündə gedən “Google” axtarış sistemi ABŞ hökumətindən olan kuratorlarının göstərişi ilə bütün ruslara, xüsusən də Donbass əhalisinə qarşı terror və zorakılığı təbliğ edir.

Hesab edirəm ki, bu vəziyyətə daha dözmək olmaz. “Google”- DXR zonasında bloklamaq qərarına gəldik. Cinayətkarlarla hər hansı bir cəmiyyətdə etdikləri budur: Onlar başqa insanlardan təcrid olunurlar.

Əgər "Google" cinayət siyasətinə əməl etməyi dayandırsa və qanunun, əxlaqın və sağlam düşüncənin əsas axınına qayıtsa, onun fəaliyyətində heç bir maneə olmayacaq”.

 

 

0.13492798805237