Baş nazir "çayın suyu təmizdir" deyib içdi, zəhərləndi

 

Hindistanın Pəncab əyalətinin baş naziri Bhaqvant Mann Sultanpur Lodhi şəhərinin müqəddəs Kali Bein çayından təmizlənməsinin 22-ci ildönümünü qeyd etmək üçün bu şəhərə səfər edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir Mann yubiley mərasimində çayın sahilinə ağaclar əkib və suyun hələ də içiləcək qədər təmiz olduğunu göstərmək üçün çaydan bir stəkan su içib.
Baş nazirin su içərkən çəkdirdiyi fotolar Hindistan mediasında yayılsa da, onun videosu sosial mediada yayılıb.

Hadisədən iki gün sonra, iyulun 19-da Çandiqarhdakı rəsmi iqamətgahında gecə saatlarında xəstələnən Baş nazir şiddətli qarın ağrısından şikayəti ilə Dehlidə xəstəxanaya aparılıb.

Baş nazir mühafizə işçiləri olmadan xəstəxanaya çatdırıldığı üçün hadisə bir müddət gizli saxlanılıb. Məlumatlı mənbələr baş nazirin lazımi analizlərdən keçdiyini və gecəni xəstəxanada keçirdikdən sonra evə buraxıldığını bildirib.

Baş Nazirlik dəftərxanası Mannın səhhətinin yaxşı olduğunu və sıx iş qrafiki çərçivəsində ardıcıl görüşlərə qatıldığını açıqlayıb.

Billurə

 

 

0.13123917579651