Türk əsgərləri Ermənistana girib? - AÇIQLAMA

 

Türk əsgərlərinin dövlət sərhədini keçərək Ermənistana daxil olduğu iddia edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, erməni mediası məlumat yayıb.

Belə ki, türk əsgərlərinin Ermənistanın Türkiyə ilə sərhədindəki Araqatsavan kəndinə daxil olması söylənilib. 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistan Sərhəd Mühafizə İdarəsi türk əsgərlərinin dövlət sərhədini keçərək Ermənistanın Araqatsavan kəndinə daxil olması və kənd sakinlərinə qarşı qanunsuz hərəkətlər etməsi barədə yayılan məlumatları təkzib edib. 

Rəsmi məlumata görə, dövriyyədə olan məlumatlar həqiqətə uyğun deyil və hazırda dövlət sərhədinin mühafizəsi gündəlik olaraq davam etdirilir.

Mürtəza
Demokratikmusavat.com

0.43441200256348