Polşa Ukrayna ilə sərhəddə yeni silahlı dəstələr yaradır

 

Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukrayna ilə sərhəddə yeni ərazi müdafiə briqadalarının yaradılmasını elan edib.

Demokratikmusavat.com xəbər verir ki, briqadalardan biri paytaxtın, mühüm infrastrukturun mühafizəsi üzrə ixtisaslaşmalı, eləcə də şəhər ərazilərində döyüş əməliyyatları aparmalı olacaq.

Digər iki bölmə Polşa sərhədini qorumalı və sərhədçilərlə əməkdaşlıq etməlidir.

Bildirilib ki, hər briqadada yüngül piyada və komanda-qərargah batalyonları, həmçinin tibb, mühəndis və maddi-texniki təchizat bölmələri olacaq.

Qeyd edək ki, rəsmi Varşava artıq 15 ərazi müdafiə briqadası formalaşdırıb. Dəstələrin tərkibində 32 minə yaxın insan xidmət edir.

0.38049602508545