Paralel.az " xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru, ədliyyə nazirinin birinci müavini Liza Monako dey ..."> Paralel.az " xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru, ədliyyə nazirinin birinci müavini Liza Monako dey ...">

Rusiyalı milyarder Kərimovun həbs qoyulan yaxtasından “Faberje yumurtası” tapılıb - FOTO

 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru, ədliyyə nazirinin birinci müavini Liza Monako deyib.

“Biz (həbs edilmiş yaxtalarda), həqiqətən, maraqlı şeylər tapırıq. Onlardan birində “Faberje yumurtası”... tapdıq. Beləliklə, getdikcə daha maraqlı olur”, - deyə Monako bildirib.

O, sözügedən yaxtanın adını açıqlamayıb, lakin qeyd edib ki, iyun ayında Ficidən gələn gəmi hazırda San-Diyeqo körfəzində lövbər atıb.

Qeyd edək ki, iyunun 7-də Fici Ali Məhkəməsi Vaşinqtonun tələbi ilə saxlanılan “Amadea” superyaxtasını adadan çıxarmağa icazə verib. Keçən ayın sonunda isə o, San-Diyeqoya aparılıb. ABŞ səlahiyyətliləri gəminin sanksiyaya məruz qalmış rusiyalı milyarder Süleyman Kərimova məxsus olduğunu güman edirlər.

Monako bildirib ki, tapılan yumurtanın orijinallığı təsdiqlənərsə, onun dəyəri milyonlarla dollar ola bilər.

Qeyd edək ki, “Faberje yumurtası” - 1885-1917-ci illər ərəfəsində Faberje Evi tərəfindən Rusiya çarları üçün hazırlanan silsilə zərgərlik məmulatıdır. Bu dəyərli əşyanın 71 nüsxəsi məlumdur, onlardan 54-ü imperator ailəsi üçün olub (bu gün onlardan 48-i qalıb). (oxu.az)

0.14342784881592