Paralel.az " xəbər verir ki, bu məlumatı İ ..."> Paralel.az " xəbər verir ki, bu məlumatı İ ...">

İtaliyada növbədənkənar seçkilərin vaxtı açıqlandı 

 

İtaliyada yeni parlament seçkiləri sentyabrın 25-də keçiriləcək.

Demokratikmusavat.com xəbər verir ki, bu məlumatı İtaliyanın istefa vermiş Baş naziri Mario Draqi Nazirlər Şurasında təsdiqləyib.

Bundan əvvəl İtaliya Prezidenti Sercio Mattarella Draqinin istefasından sonra 70 gün ərzində yeni seçkilər üçün parlamentin buraxılması haqqında fərman imzalayıb.

Nazirlər Şurasının iclasında Draqi yeni seçkilərə qədər hökumətin işinin prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, pandemiya ilə bağlı fövqəladə halları, Ukraynadakı münaqişəni, inflyasiyanı və enerji qiymətlərini həll etmək lazımdır.

0.14264702796936