Çörəklər yerə qoyuldu, narazılıq yarandı - AÇIQLAMA

 

Bakı şəhəri, Rəsul Rza küçəsində yerləşən "Al Market"in qarşısında çörəklərin yerə qoyulması narazılığa səbəb olub.

Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı paylaşılan foto sosial şəbəkələrdə tənqid olunub.

Bildirilir ki, mağaza hələ açılmadığı üçün çörəyi daşıyanlar onu yerə qoyublar:

"Hətta küləkli-tozlu havada çörəkləri açıq vəziyyətdə yerə qoyublar. Paletlərin də hərəsi bir yana atılıb, gediş-gəlişə mane olur. Külək onları uçura da bilər. Paletlərin yığışdırılması üçün mağaza işçilərindən dəfələrlə xahiş edilsə də, bu ünvanda heç nə dəyişmir, hər gün eyni vəziyyətdir", - deyə qeyd olunub.

 "Al Market" mağazalar şəbəkəsinin mətbuat xidmətindən Demokratikmusavat.com a bildirildi ki, aidiyyəti şöbələrə və şəxslərə xəbərdarlıq edilib.

"Bir daha belə səhvə yol verilməməsinə çalışacağıq, "Al Market" olaraq xidmət keyfiyyətimizin  artırılması üçün daima çalışırıq", - deyə açıqlamada bildirilib.

0.17749118804932