Dünya birjalarında neft qiymətləri azalıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,84 dollar və ya 0,79% azalaraq 106,08 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 1,96 dollar və ya 1,88% azalaraq 102,26 dollar təşkil edib.