Dünya birjalarında neft qiymətləri azalıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,51 dollar və ya 0,48% azalaraq 106,84 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,34 dollar və ya 0,33% azalaraq 103,88 dollar təşkil edib.