“Eurohome” ticarət mərkəzində mağaza müdiri onun qollarında can verdi.
"Demokratikmusavat.com" bildirir ki, Lent.az-ın müxbiri qeyd edir ki, hadisə şahidini danışdıranda hələ də hadisənin şokundan çıxa bilməmişdi: “Gözümün qabağından getmir”.
Bu barədə bir az sonra davam edəcəyik.
İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində mağaza müdiri olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyev iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülüb.
Bu cinayətin izi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Eurohome” ticarət mərkəzinə getdik. Yəni, qətlin törədildiyi əraziyə...