Tehranda Suriya nizamlanması, Qarabağ problemi və ikitərəfli gündəliyə dair məsələlər müzakirə edilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
“Suriya nizamlanması ilə bağlı çoxlu suallar var, perspektivli böyük ikitərəfli layihələr irəliləyir və inkişaf edir. Digər mühüm məsələ bizim baxış sahəmizlə bağlıdır - Qarabağ probleminin həlli…” - Putin bildirib.
Bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırlayan Putin İlham Əliyevdən Ərdoğana böyük salamlar gətirdiyini deyib.
“Bizim çox böyük gündəmimiz var”, - Putin söyləyib.
Putin qeyd edib ki, heç nəyə baxmayaraq, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi artır və çox əhəmiyyətli templə inkişaf edir.