Ceyhun Bayramov: “Minalar məcburi köçkünlərin geri qayıtmasına maneə yaradır”

 

“Azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların bərpa - quruculuq işlərinə və məcburi köçkünlərin geri qayıtmasına maneə yaradır”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberq ilə görüşü zamanı deyib.

Nazir, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə Alyans rəsmisinə məlumat verib.

Eyni zamanda, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesi çərşivəsində müxtəlif istiqamətlər üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib və bununla əlaqədar fikir mübadiləsi aparılıb.

0.17364287376404