"NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir".
Demokratikmusavat.com xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina bildirib.
"Bu gün NATO-nun baş qərargahında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş oldu. Baş katib Stoltenberq Azərbaycan ilə tərəfdaşlığımızın əhəmiyyətini vurğuladı və gələcək əməkdaşlıq sahələrini müzakirə etdi", - Kolomina bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, Alyans Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
"NATO həmçinin Bakının Avropaya enerji təchizatını artırmaq səylərini dəstəkləyir", - deyə xüsusi nümayəndə vurğulayıb.