ABŞ-da fövqəladə vəziyyət gözlənilir – Baydendən Senata İRAD

 

Yaxın günlərdə ABŞ Prezidenti Co Bayden iqlimlə əlaqədar ölkədə fövqəladə vəziyyət tətbiq edə bilər.

"Paralel.az" xəbər verir ki, bu barədə “The Washington Post“ məlumat dərc edib.

Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmilərindən biri nəşrə deyib ki, prezident Bayden açıq şəkildə bildirdi ki, əgər Senat iqlim böhranı ilə bağlı hərəkətə keçməsə və yerli təmiz enerji sənayemizə dəstək verməsə, o, bunu özü etməyə hazırdır: “Biz bütün variantları nəzərdən keçiririk, hələlik heç bir qərar yoxdur”. 

Qeyd edək ki, sözügedən məsələ Demokratlar Partiyasından olan senatorlardan biri Co Mançinin qlobal istiləşmə ilə mübarizəyə əhəmiyyətli vəsait ayırmaq planlarına qarşı müqaviməti fonunda müzakirə edilir. Əgər ölkədə fövqəladə vəziyyət elan olunarsa, o zaman Bayden administrasiyası CO2 emissiyalarını azaltmaq və enerji transformasiyası üzərində işləmək üçün daha çox səlahiyyətə malik olacaq.

0.16238880157471