Aktiv vergi ödəyicilərinin sayı artıb

 

Bu il iyul ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4% artaraq 688 011 olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,8% artıb və 37 029 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,4% artaraq 187 680-a çatıb.

0.15429902076721