ABŞ-da metro stansiyası suyun altında qaldı - VİDEO

 

ABŞ-ın Nyu-York şəhərində güclü yağış daşqınlara səbəb olub. çevrilib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, şəhərdə ən azı 2 metro stansiyası və yollar gölə çevrilib. 

Stansiyanın tavanından axan su stansiyanın platformasını və relslərini basıb. Metro xidmətləri dayanıb, Nyu Cersinin bəzi bölgələrində daşqınlar baş verib. 
Bir avtomobil sel suları altında qalıb.

Əlverişsiz hava şəraiti də hava nəqliyyatına mane olub. Bildirilib ki, LaGuardia hava limanında gecikmələr 2 saatı keçib.

Qeyd edək ki, ötən ilin sentyabrında Nyu-Yorkda baş verən şiddətli yağışların yaratdığı seldə metro stansiyaları gölə çevrilmiş və fövqəladə vəziyyət elan edilmişdi.

0.73432207107544