Pentaqondan 1,3 milyard dollarlıq müqavilə

 

ABŞ kosmosda müxtəlif orbitlərdə yerləşdiriləcək yeni laylı kosmik müdafiə arxitekturası qurur.

Demokratikmusavat.com “Star” qəzetinə istinadla xəbər verir ki, bu strategiyanın bir hissəsi olaraq, Pentaqona bağlı Kosmik İnkişaf Agentliyi aşağı orbitdə fəaliyyət göstərəcək laylı kosmik müdafiə arxitekturasının birinci hissəsi üçün ilk tenderləri elan edib.

7 şirkətin daxil olduğu və 28 peykin buraxılacağı 1,3 milyard dollarlıq tender “L3 Harris Technologies” və “Northrop Grumman Strategic Space Systems” şirkətlərinə verilib.

Nazirlikdən verilən yazılı açıqlamada, hər bir şirkətin 14 peyk istehsal edib orbitə buaracağı, iki şirkətin hər biri iki bərpa ilə 7 peykdən ibarət kosmos hopu quracağı ifadə edilib.
Açıqlamada, bu peyklərin infraqırmızı məlumatların toplanması və şəbəkə rabitəsini təmin edəcəyi qeyd edilib. Həmçinin bildirilob ki, peyklər hipersəs raket sistemləri də daxil olmaqla, raket təhdidlərinin qlobal və davamlı təsbiti, xəbərdarlığı, izlənilməsi və müəyyən edilməsi kimi vəzifələri yerinə yetirəcək.

Pentaqonun açıqlamasında bu peyklərin 2025-ci ilin aprelində buraxılacağına dair məlumatlar da yer alıb.

Razılaşmalarla bağlı danışan Kosmik İnkişaf Agentliyinin direktoru Derek Turniır bu peyklərin təxminən 1000 km yüksəklikdə uçacağını söyləyib.

Peyklərin ABŞ-ın quruda və havada yerləşdirilən digər raketdən müdafiə sistemləri və radarlarını dəstəkləyəcəyinə diqqət çəkən rəsmi ikinci qrup peyklərin 10-20 min km yüksəklikdə, sonrakı peyk qruplarının isə daha yüksək orbitlərdə yerləşdiriləcəyi bildirilib.

 

0.39761304855347