Dünya birjalarında neft qiymətləri azalıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,44 dollar və ya 0,41% azalaraq 105,83 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,31 dollar və ya 0,30% azalaraq 102,29 dollar təşkil edib.