Krım körpüsünü yox, bu obyektləri vuraq!

 

Ukrayna mövcud HİMARS raketləri ilə Krımda aerodromları və dəmir yollarını məhv edə bilər.

Demokratikmusavat.com axar.az-a istainadən xəbər verir ki, bu sözlərlə ekspert İvan Kiriçevski çıxış edib.

"Hazırki vəziyyət haqqında danışsaq, bizdə ATACMS raketləri yoxdur. O zaman Krım körpüsünü bir qədər kiçik hədəflərlə dəyişdirməli olacağıq. Məsələn, düşmənin radar stansiyaları, zenit-raket kompleksləri, aerodromlar, nəqliyyat infrastrukturu obyektləri...

Amma orada hər hansı hərəkətlənmə olanda və bizim əlimizə 300 km-i vura bilən ATACMS sistemi düşəndə, o zaman hədəflərimiz arasında Krım körpüsü də olacaq", - Kiriçevski bildirib.

0.13511991500854