Bakıda ən bahalı mənzillər hansı rayonlardadır? - QİYMƏTLƏR

 

İyunda daşınmaz əmlak bazarında may ayı ilə müqayisədə 1.63%, ilin əvvəli ilə müqayisədə isə 2,6% artım qeydə alınıb.

Demokratikmusavat.com xəbər verir ki, bu haqda Modern.az-a şirkətlərdən birinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

Ekspert iyun ayı ərzində daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı danışarkən söyləyib ki, ay ərzində təkrar mənzil bazarında bir kvadratmetrin maksimum qiyməti 4 375 manat, minimum qiyməti isə 700 manat olub.

Onun sözlərinə görə, ilkin mənzil bazarında may ayı ilə müqayisədə 6,91% artım qeydə alınıb:

“İyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin bir kvadmetrinin qiyməti 1,9% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,72% enib. Mənzil kirayəsi bazarında orta qiymət 12 manat artaraq 767 manat olub. Bir kvadratmetrlə hesabladıqda isə qiymətlər 0,13% azalıb. Yəni 7,97%-dən 7,96%-ə enib. Torpaq bazarındakı qiymətlər ötən ayla müqayisədə 7,59% artıb. Kommersiya obyektləri bazarında may ayına nisbətən 3,99% artım qeydə alınıb. Obyektlərin icarəsi isə ötən ayla müqayisədə 6,85% artıb”.

N.İbrahimov qeyd edib ki, ən bahalı mənzillər Nərimanov, Səbail və Nəsimi rayonları üzrə qeydə alınıb:

“Şəhər üzrə bahalı mənzillərin orta qiyməti ay ərzində 3 079 manat təşkil edib, may ayı ilə müqayisədə isə 0,96% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bahalı mənzillərin qiyməti 4,34% artıb. Ucuz mənzillərdə orta qiymət 1 336 manat təşkil edir, əvvəlki aya nisbətən isə 0,16% azalma olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 1,14% artım olub.

Bir kvadratmetr üçün ən yüksək qiymət 7 000 manatdır, ondan yüksək qiymətə rast gəlinmir”.

0.1635730266571