Norveçdə bütün küçələrdə bu plakat asıldı - “Bayraktar  TB2” alaq!

 

Litva və Polşadan sonra Norveç xalqı da rus işğalına müqavimət göstərən Ukraynaya Bayraktar TB2 PUA-sı hədiyyə etmək üçün ianə kampaniyasına başlayıb.

Demokratikmusavat.com ” xəbər verir ki,  təşəbbüs norveçli investor Mats Staugaard tərəfindən irəli sürülüb.
O, "Ukraynanın Putinə qarşı mübarizəsi ilə həmrəylik nümayiş etdirin" şüarı ilə təşəbbüsə  başlayıb.

Litva xalqının qısa müddətdə 1 "Bayraktar", polyakların isə 3 "Bayraktar" almaq üçün ianə topladığını qeyd edən iş adamı deyib ki, Norveç də bunu etməlidir.

Sosial mediada başlayan kampaniya hazırda küçələrdə davam etdirilir. Kampaniyaya qoşulanlar plakatlar çap edib avtobuslara, küçələrə asıblar.

Mürtəza
Demokratikmusavat.com

0.46435713768005