Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb.
Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ursula Fon der Lyayeni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər yola salıblar.