Ukraynaya gedən Şoyqudan Qərb silahları ilə bağlı TAPŞIRIQ

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu gözlənilmədən Ukraynaya səfər edib. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bildirilib ki, mərkəzi qoşunların komandirləri Şoyqunun səfərini rus qoşunlarının müharibədə əldə etdiyi irəliləyişi nəzərdən keçirmək üçün müşayiət ediblər. 

Şoyqu səfəri zamanı Ukrayna qüvvələrinin Donbas bölgəsinə hər hansı hücuma keçmə ehtimalını aradan qaldırmaq üçün lazımi göstərişlər verib.

Mövzu ilə bağlı Rusiya Ordusundan verilən açıqlamada Şoyqunun “vur” əmrini verdiyi təsdiqlənib.

“Müdafiə Nazirliyi Kiyev rejiminin Donbas və digər bölgələrdə mülki infrastruktura və yaşayış məntəqələrinə hücum etmə ehtimalını aradan qaldırmaq üçün lazımi göstərişlər verib”, - məlumatda deyilir.

Qərbdən Ukraynaya silah yardımının artması səbəbindən Rusiyanın əsas hədəfinin Qərb silahları olduğu bildirilir. Bu gün Qərb mətbuatında yayılan xəbərlərə görə, Şoyqu qoşunlarına hücumlarında uzaqmənzilli raketləri və artilleriya qurğularını məhv etməyə üstünlük verməyi əmr edib.

“The New York Times” Rusiyanın qarşıdakı müharibədə daha aqressiv mərhələyə keçə biləcəyini iddia edib.

Müharibə Araşdırmaları İnstitutunun ekspertləri iddia edirlər ki, yeni qərar rus qoşunlarının əməliyyat fasiləsindən çıxması üçün verilib.

Billurə

 

0.13142204284668