Qarabağdakı general Rüstəm Muradova yeni vəzifə tapşırıldı

 

Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynada keçirilən xüsusi əməliyyatda “Vostok” qrupunun komandirinin adını açıqlayıb.

Demokratikmusavat.com ” “rbc”ya istinadən xəbər verir ki, bu, 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına rəhbərlik edən general-leytenant Rüstəm Muradov olub.

O, Suriyada da xidmət edib və 1999-cu ildə Dağıstanda hücumun yatırılmasının iştirakçısı olub.

İyulun 18-də müdafiə naziri Sergey Şoyqunun Rusiyanın “Vostok” qrupuna baxış keçirməsi məlum olub. Komanda məntəqəsində qrup komandiri Muradov Şoyquya “mövcud vəziyyət və cavabdehlik zonasında düşmən qüvvələrini məğlub etmək üçün verilən döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi haqqında” məruzə edib.

Mürtəza
Demokratikmusavat.com

0.28092288970947