2022-ci il iyunun 30-na Azərbaycanın xarici ticarət dövriyyəsi 24 836,19 mln ABŞ dollar təşkil edib.
“Demokratikmusavat.com ”ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,9% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18 479,22 mln dollarını və ya 74,40%-ni ixrac əməliyyatları, 6 356,97 mln dollarını və ya 25,60%-ni idxal əməliyyatları təşkil edib.
İxrac əməliyyatlarında illik müqayisədə 2,1 dəfə, idxal əməliyyatlarında isə 18% atım müşahidə olunub.
Cari ilin ilk yarımilində Azərbaycanın xarici ticarət saldosu 12 122,25 mln dollar təşkil edib ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur.
Könül
Demokratikmusavat.com