“Foreign Policy”: “Hindistan Rusiyadan neft asılılığını azalda bilmir”

 

Hindistan Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına baxmayaraq, Rusiyadan neft tədarükündən imtina edə bilməz.

Bunu “Foreign Policy” jurnalında dərc olunan məqaləsində köşə yazarı Çaru Sudan Kasturi bildirib.

“İki dövlətin enerji sektorları qarşılıqlı investisiyalarla çox sıx bağlıdır. Hindistan Rusiyadan böyük həcmdə enerji resursları almağa davam edir və neft asılılığını azalda bilmir”, - Kasturi bildirib.

Onun sözlərinə görə, bir sıra Qərb liderlərinin baş nazir Narendra Modini idxalı dayandırmağa inandırmağa çalışmasına baxmayaraq, Hindistan hələ də neft almağa davam edir. Bununla belə, Rusiyadan neft axınının sabit saxlanılması Hindistan tərəfinin maraqlarına uyğundur.

O, analitik və Chevron-un keçmiş baş direktoru Edvard Çoudan sitat gətirib ki, Hindistan Qərb ölkələrinin xoşuna gəlsə də, istəməsə də, enerji ehtiyaclarını müdafiə edəcək.

0.14529705047607