Bayden: "Yaxın Şərqdən heç vaxt çəkilməyəcəyik"

 

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində Körfəz Əməkdaşlıq Şurasının 6 üzvü və Misir, İraq və İordaniya liderlərinin qatıldığı sammitdə çıxış edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Bayden çıxışı zamanı ABŞ-ın bu sahədə fəal tərəfdaş olmağa davam edəcəyini vurğulayıb:

“ABŞ Yaxın Şərqdən uzaqlaşmayacaq, çünki o, artan qaz qiymətlərini geri qaytarmaq üçün dünya üzrə neft axınını sabitləşdirməyə və artırmağa çalışır.

Dünya daha rəqabətli olduqca və üzləşdiyimiz problemlər daha mürəkkəbləşdikcə, bizim maraqlarımızın Yaxın Şərqin uğurları ilə nə qədər sıx bağlı olduğu mənə daha aydın olur. Biz heç vaxt getməyəcəyik və Çin, Rusiya və ya İran tərəfindən doldurulacaq bir boşluq buraxmayacağıq. Çalışacağıq ki, bu dövrü aktiv və prinsipial siyasətlə quraq. Birləşmiş Ştatlar sizin hamınızla birgə regionda müsbət gələcəyin qurulmasına sərmayə qoyur və Birləşmiş Ştatlar heç yerə getmir” - o bildirib.

Bayden qeyd edib ki, ABŞ-ın əsas diqqəti regional əlaqələrə yönəldəcək:

“Bu gün mən qürur duyuram ki, regionda çoxlu sayda Amerika qüvvələrinin iştirak etdiyi müharibələr davam etmir”,- deyə o söyləyiB.

ABŞ prezidenti həmçinin əlavə edib ki, ABŞ qaydalara əsaslanan beynəlxalq nizama töhfə verən ölkələri dəstəkləməyə diqqət yetirəcək və bu ölkələrə xarici təhdidlərdən qorunmağa kömək edəcək.

Billurə

 

0.49634408950806