Xeyli müddətdir DGK-da həyata keçirilən yoxlamalar və həbslər nəhayət ki, məntiqi sonluqla nəticələndi. Belə ki, ölkə başçısının sərəncamı ilə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edildi. Bu hadisə gömrük sahəsində əsaslı islahatların həyata keçiriləcəyinə ümidləri artırıb.
"Demokratikmusavat.com"-ın məlumatına görə, mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, Səfər Mehdiyev vəzifəsindən azad olunsa da, Gömrük Komitəsinin ayrıca qurum kimi ləğv məsələsi qalıb: “Əsas məsələ dövlətin yeni Gömrük Konsepsiyasıdır və bu işin fəlsəfəsinin dəyişməsidir. Gömrük gözə görünməyən, ayrıca istintaq orqanı olmayan, statistik məlumatlar üçün vacib bir quruma çevrilməlidir. Gömrük rüsumlarının mahiyyəti yerli istehsalı olmayan sosial yönümlü məhsullara sıfır yığım üzərində inşa edilməlidir. Gömrük orqanlarının hərbiləşdirilmiş mahiyyəti də ləğv edilib sivilləşdirilməlidir və İqtisadiyyat Nazirliyində (və ya Maliyyə Nazirliyində) Dövlət Xidməti kimi fəaliyyət göstərməlidir”.
Natiq Cəfərli əlavə edib ki, Gömrük rüsumları ilə bağlı yeni qanunvericiliyə də ehtiyac var: “İlk əvvəl ƏDV-nin yığılmas