Ərdoğan İrana gedir: Qafqazda sabitliyin qorunması...

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-u İrana bir günlük səfərinin detalları açıqlanıb.

Demokratikmusavat.com Axar.az -a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bikdirilib ki, Türkiyə lideri İran Prezidenti Seyid İbrahim Rəisi və digər rəsmi şəxslərlə görüşəcək. Görüşdə Ərdoğan və Rəisi birgə ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışacaqlar.

Danışıqlarda terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə də müzakirə olunacaq.

Həmçinin, ölkə liderlərinin gündəmində kritik regional məsələlər də yer alacaq.

Rusiya-Ukrayna müharibəsi, müharibənin yaratdığı enerji və ərzaq böhranı, Cənubi Qafqazın sabitliyi müzakirə olunacaq.

Qeyd edək ki, Ərdoğanın Tehranda Putin və Rəisi ilə üçtərəfli görüşü gündəmin əsas hadisəsi kimi gözlənilir.

0.1687171459198