Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Demokratikmusavat.com xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 6,24 ABŞ dolları və ya 5,57% artaraq, 118,22 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.