Azərbaycan mətbuatını kim ələ keçirib? - Xalq artistindən SƏRT SÖZLƏR

 

Bir neçə gün öncə müğənni Roza Zərgərli televiziya efirindən deyir ki, “300-400 min dollar mənə versələr, Beyonsenin etdiyi rəqsin on qatını edərəm”.

Aktrisa Fidan Axundova isə daha qabağa gedərək bir müddət əvvəl “10 milyon versələr sənətdən bir dəfəlik gedərəm” bəyanatını verib.

Çox qısa zaman fasilələri ilə səslənən bu fikirlər çox qorxulu trenddən xəbər verir. Sanki, şou-biznesin ən fəal üzvlərindən olan bu xanımlar hansısa qüvvələrin sifarişi ilə bu cür çıxışlar edir.
Məsələ kifayət qədər ciddi və bir neçə xarakter daşıyır:

Birinci səbəb odur ki, deməli həmin xanımlara atacaqları addım üçün hansısa “həci” konkret qiymət deyib. Bu xanımlar isə milyonların qarşısında edəcəkləri hərəkət üçün istədikləri “qonarar”ın dəyərini söyləyirlər.

İkinci səbəb isə odur ki, bu xanımlar sənətə ancaq “qonarar” üçün gəliblər. Və istədikləri “qonarar” verilərsə, onlar istənilən addımı atmağa hazırdırlar.

"Demokratikmusavat.com" DİA. AZ-a istinadən xəbər verir ki, xalq artisti Şeyx Əbdül Mahmudov eşitdiklərindən dəhşətə gəldiyini söylədi. Bizim.Media ilə fikirlərini bölüşən xalq artisti bildirdi ki, “adını çəkdiyimiz və çəkmədiyimiz adamlar hansısa qara qüvvələr tərəfində idarə olunur. Hansısa “müğənni” efirə çıxıb orasını-burasını, “nakolka”sını göstərirsə, bu artıq biabırçılıqdır. Sizi inandırım ki, onlar heç əlifba kitabını axıracan oxumayıblar. Di, gəl ki, onları qudurdub başa çıxaranlar var. Həmin müğənnilər də dedikləri qiyməti onlar üçün səsləndirilər”.

Şeyx Əbdül onu da əlavə etdi ki, “qardaş, bilirsiniz ki, mətbuat, televiziya ən qorxulu silahdır. Nə yazıq ki, bu qorxulu silahı bu gün həmin müğənnilərə, aktrisalara veriblər.

Onlar da mənəviyyatımızı topa tuturlar. Bütün bunlar məqsədli edilir. Bu cür çağırışların arxasında Azərbaycanı sevməyən qara qüvvələr var”.

0.13240599632263