Televiziya aparıcısı Belçikanın XİN başçısı oldu

 

Belçikanın yeni xarici işlər nazirinin adı məlum olub.

Sofi Vilmesin istefasından sonra bu postda vaxtı ilə televiziya aparıcısı işləmiş Adja Lyabib təyin edilib.

Məlumatı Sofi Vilmes də təsdiq edib.

“Yekun qərar artıq verilib. Yaxın saatlarda biz kralın qəbula yollanacağıq” -  deyə sabiq XİN başçısı vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Sofi Vilmes həyat yoldaşının xəstəliyi səbəbindən vəzifə səlahiyyətlərini icra edə bilməməsinə görə postunu tərk edib.

0.13396096229553