Məşhur erməni müxalifətçi məhkəmədə öldü: Qərb indi nə deyəcək? - VİDEO - FOTO

 

Ermənistanın tanınmış mədəniyyət xadimlərindən və müxalifətçilərindən biri, kinoprodüser Armen Qriqoryan bu gün paytaxt İrəvanda məhkəmə zalında keçinib.

"Demokratikmusavat.com" Ermənistan mediasına istinadən bildirir ki, İrəvan Təcili Yardım Xidmətinini direktoru Taqui Stepanyan belə deyib.

Ermənistan regionlarının sakinlərini təhqir etməkdə suçlanan A.Qriqoryan məhkəmə iclası zamanı qəflətən özünü pis hiss edib, huşunu itirib. Onu zaldan çıxarıb təcili yardım çağırsalar da, A.Qriqoryanı həkimlər xilas edə bilməyiblər.

May ayında A.Qriqoryana qarşı milli, irqi və ya dini zəmində ayrı-seçkilik salmaqla bağlı cinayət işi açılmışdı.

A.Qriqoryanın dediyinə görə, Rusiya Federasiyasının da vətəndaş olan mərhum prodüser Moskvanın siyasətini dəstəkləyirdi, Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edirdi.

Avropa İttifaqı dövlətləri və ümumiyyətlə, Qərb ölkələrinin İrəvandakı səfirlikləri, diplomatik nümayəndəlikləri və qurumları, habelə beynəlxalq insan hüquqları təşkilatlırı və s. olayla bağlı heç bir bəyanat yaymayıblar.

Açıqlamalar da yoxdur.

 

0.45216798782349