ABŞ erməniləri hərəkətə keçdi: Bakıya qarşı qərar

 

ABŞ Nümayəndələr Palatasının ötən gün Türkiyə əleyhinə qəbul etdiyi qərarla bağlı təfərrüatlar açıqlanıb.

Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Belə ki, ABŞ Nümayəndələr Palatasının 2023-cü maliyyə ili üçün Milli Müdafiə Aktına Dəyişikliklərə (NDAA - HR 7900) aşağıdakılar daxildir:

1) Azərbaycanın “hərbi cinayətləri”nin araşdırılmasını tələb etmək:

2) “Erməni hərbi əsirlər”in (müharibə bitəndən iki həftə sonra Azərbaycan ərazisinə gizli yolla keçərək, 1-i mülki şəxs olmaqla, 3 nəfəri qətlə yetirən və ərazilərimizə mina basdıran diversant-terrorçu dəstələri nəzərdə tutulur – red.) dərhal azad edilməsinə çağırış;

3) ABŞ-ın Azərbaycana hərbi yardımının Ermənistanda/Azərbaycanda sülhə təsiri ilə bağlı hesabat hazırlamağa çağırış;

4) ABŞ-ın F-16 döyüş təyyarələri və F-16 təkmilləşdirmə dəstlərinin Türkiyəyə satışına məhdudiyyət.

Erməni təşkilatı bu düzəlişləri “qələbə” adlandırıb.

“ANCA Konqres liderlərinə, koalisiya tərəfdaşlarına və bugünkü qələbəni mümkün edən ABŞ-dan on minlərlə ANCA fəalına təşəkkür edir. Birgə işləyərək, biz “artsax”ın müdafiəsinə, Ermənistanın irəliləməsinə, Azərbaycanı məsuliyyətə cəlb etməyə və Amerika silahlarının Türkiyəyə axınını dayandırmağa kömək edirik”, - ANCA sədri Raffi Hambaryan deyib.

0.17510604858398