Gürcüstan “Starlink” peyk internetindən istifadə edəcək

 

Amerikalı milyarder İlon Maska məxsus “Starlink” şirkətinin Gürcüstandakı törəməsi olan “Starlink Georgia”nın fəaliyyətinə icazə verilib.

Demokratikmusavat.com xəbər verir ki, Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasının təqdim etdiyi icazənin şərtlərinə əsasən, şirkət Gürcüstanda “Starlink” peyk sisteminin köməyi ilə yüksəksürətli genişzolaqlı internet xidmətləri göstərəcək.

“Starlink” dünyanın ən qabaqcıl genişzolaqlı internet sistemlərindən biridir. Bu günə qədər “SpaceX” 2 700-dən çox rabitə peykini aşağı Yer orbitinə çıxarıb.

0.15485000610352