Məktəbli qız qurduğu bizneslə 15 yaşında milyonçu oldu

 

ABŞ-da məktəbli İzabella Barrett moda brendi yaratdı və 15 yaşında milyonlara sahib oldu.

Demokratikmusavat.com ” “The Sun”a istinadən xəbər verir ki, yeniyetmə sahibkar qurduğu biznes nəticəsində  2 milyon dollar qazanıb. Onun həftəlik xərcləri 25 min dollardan çoxdur. 

Məktəbli qız geyim və bijuteriya brendi yaratdıqdan sonra bir neçə il ərzində populyarlıq qazanaraq milyonlara sahib ola bilib. 

Uğurlu biznesi sayəsində Barret şəxsi helikopterlərdə uçur, yaxtalarda vaxt keçirir, sosial şəbəkələrdə bahalı zinət əşyaları nümayiş etdirir və nahar üçün lobster sifariş edir. Bundan əlavə, qız tez-tez Nyu-York Moda Həftələrində görünür, gözəllik müsabiqələrində, eləcə də məşhur Amerika kanallarında müxtəlif televiziya şoularında iştirak edir.

Demokratikmusavat.com

0.13150215148926