DTX-nin rəis müavini işdən çıxarıldı, yeni vəzifəyə göndərildi

 

Prezident İlham Əliyev İ.Ə.Musayevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

"Demokratikmusavat.com" AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər Sərəncamı ilə İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib.

0.17297601699829