Şimali Koreyadan Ukraynaya sərt CAVAB

 


Şimali Koreyanın Ukraynadan müstəqilliyini elan edən Donetsk və Luqanskı birtərəfli qaydada tanıması iki ölkə arasında gərginlik yaradıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü, Ukraynanın dövlətlərarası münasibətlərdə qərəzsizliyə və ədalətə zidd hərəkətlər etdiyini əsas gətirib:

“Kiyevin Pxenyanın suverenliyin qanuni şəkildə həyata keçirilməsi ilə bağlı qərarını şübhə altına almağa haqqı və keyfiyyəti yoxdur” - açıqlmada bildirilib.

Sözçü qeyd edib ki, Kiyevin mövqeyi ABŞ-ın Şimali Koreyaya qarşı irrasional, qeyri-qanuni və düşmənçilik siyasətinə uyğundur.

Qeyd edək ki, Şimali Koreya Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini birtərəfli qaydada tanımaq qərarına gəlib. Ukrayna XİN Şimali Koreyanın bu addımının Ukraynanın suverenliyi və ərazi bütövlüyünə xələl gətirmək cəhdi, Ukrayna Konstitusiyasının, BMT Konvensiyasının və beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Ukrayna Pxenyanla diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

 

0.13545203208923