Gəncə sakini avtomobili insanların üzərinə sürüb, ölən və xəsarət alan var - RƏSMİ

 

Gəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.

"Demokratikmusavat.com" bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.

O, "VAZ" markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.

A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır

0.15270709991455