Bir butulka spirtli içkini iki dəqiqə ərzində içib və ölüb

 

Cənubi Afrikada bir kişi pul müqabilində bir butulka "Jaegermeister" spirtli içkisini iki dəqiqə ərzində içib və ölüb.

"Demokratikmusavat.com" bildirir ki, bu barədə "Sowetan Live" yazır.

Mərhum spirtli içkilərin satışı məntəqələrindən birində baş tutan yarışda iştirak edib. Şərtlərə görə, müəyyən vaxt ərzində bir butulka içkini içə bilən şəxs qalib olmalı idi. Mükafat 200 Cənubi Afrika randı (12 dollar) idi.

0.47830486297607