Daha bir ölkənin parlamenti NATO-ya üzvlük protokolunu ratifikasiya edib

 

Sloveniya Milli Assambleyası (parlamentin aşağı palatası) Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə hökumətin tvitter səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Biz Sloveniya Milli Assambleyasının İsveç və Finlandiyanın təmsil etdiyi avropalı tərəfdaşların Şimali Atlantika Alyansına qoşulması haqqında protokolu ratifikasiya etməsindən məmnunuq. Onların NATO-ya üzvlüyü kollektiv təhlükəsizliyi gücləndirəcək”, - qeyd olunub.

0.41101789474487