Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər ölüb, 100-ə yaxın sakin yaralanıb.
“Demokratikmusavat.com ” “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri üzrə cinayət işi başlayıb.
Bildirilib ki, Rusiya şəhərə “Kalibr” raketləri atıb.