Baydenin İsrail səfərindən şok bəyənatlar: “Sən böyük sionistsən...”

 

ABŞ Prezidenti Co Bayden 13-16 iyul tarixlərində İsrail, Fələstin və Səudiyyə Ərəbistanına regional səfərinin ilk dayanacağı olan İsrailin paytaxtı Təl-Əvivə gəlib. 

Demokratikmusavat.comxəbər verir ki, ABŞ prezidentlərini daşıyan “Air Force 1” tipli təyyarə ilə Tel-Əvivin Ben Qurion hava limanına enən Bayden İsrail Prezidenti İsaak Hersoq, baş nazir Yair Lapid və keçmiş baş nazir Naftali Bennet tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Mərasimdə iki ölkənin himnləri oxunduqdan sonra Hersoq, Lapid və Bayden çıxış ediblər.

Baydenə müraciət edən İsrail Prezidenti Hersoq belə deyib: “İsrail xalqı qardaşlarını axtaran Yaqub oğlu Yusif kimi qucaq açaraq və sevincli ürəklərlə sizi müqəddəs torpaqda qarşılayır.

Siz həyatınız boyu İsrailin və yəhudi xalqının, təhlükəsizliyimizin və rifahımızın əsl dostu və sadiq tərəfdarı olmusunuz. Bu səfərdə siz bilavasitə İrandan və onun uzantılarından irəli gələn, İsraili və qonşularını təhdid edən, regionumuzu riskə atan təhlükəsizlik məsələlərini müzakirə edəcəksiniz.

Buraya ilk səfəriniz 1973-cü ildə olub. Dəhşətli müharibənin başlamasına cəmi bir neçə həftə qalmışdı. Bu gün Şimali Afrikada Aralıq dənizindən Körfəzə qədər sülh küləkləri əsir. Cənab Prezident, bu səfər İsraildən Səudiyyə Ərəbistanına, müqəddəs torpaqlardan Hicaza qədər sülh səfəridir”.

İsrailin baş naziri Lapid isə çıxışında bunları qeyd edib: “Bir dəfə özünüzü sionist kimi təsvir etdiniz. Sionist olmaq üçün yəhudi olmaq lazım deyil dedin. Haqlı idin. Sən böyük sionistsən və İsrailin indiyə qədər tanıdığı ən yaxşı dostlarından birisən”.

Səfər çərçivəsində milli təhlükəsizlik məsələlərini müzakirə edəcəklərini qeyd edən İsrail baş naziri daha sonra deyib: “İbrahim razılaşmalarından və Nəcəf Sammitinin nailiyyətlərindən sonra Yaxın Şərq ölkələri ilə yeni təhlükəsizlik və iqtisadi arxitekturanın qurulmasını müzakirə edəcəyik. Biz İranın nüvə proqramını dayandıracaq güclü qlobal koalisiyanın yenilənməsi zərurətini müzakirə edəcəyik”.

Bayden isə çıxışında bildirib ki, dostları ilə yenidən bir araya gəlmək və İsraili ziyarət etmək onun üçün şərəfdir.

ABŞ Prezidenti illər öncə İsrailə səfəri zamanı “sionist olmaq” ilə bağlı dediklərini xatırlayaraq bir daha təkrar edib: “Mən o zaman dedim, indi yenə deyirəm: Sionist olmaq üçün yəhudi olmaq lazım deyil”.

Kariyerasında İsrailə 10-cu səfəri olduğunu vurğulayan Bayden əlavə edib ki, indi bir Prezident olaraq, İsrail dövləti ilə əlaqələrinin daha dərin və güclü olduğunu söyləməkdən qürur duyur.

“Bu səfərlə biz əlaqələrimizi daha da gücləndiririk. Biz ABŞ-nin İsrailin təhlükəsizliyinə, o cümlədən dünyanın ən qabaqcıl müdafiə sistemləri üzərində İsraillə işləməsinə sarsılmaz sadiqliyini vurğulayırıq. İndi mən İsrailin raket və raketdən müdafiə imkanları, o cümlədən ABŞ-nin Dəmir Günbəz və İsrailin yeni "Dəmir Şüa" sistemləri ilə bağlı məlumatlar alacağam”

Mürtəza
Demokratikmusavat.com

0.43966698646545